Advertisment

İsrail və HƏMAS sülh sazişini imzaladı - TRAMP

İsrail və HƏMAS nümayəndələri sülh planının birinci mərhələsi ilə bağlı razılaşma imzalayıblar.

Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” səhifəsində yazıb.

“İsrail və HƏMAS-ın sülh planımızın birinci mərhələsini imzaladığını elan etməkdən qürur duyuram. Bu o deməkdir ki, bütün girovlar tezliklə azad olunacaq və İsrail qalıcı, davamlı və daimi sülhə doğru ilk addımlar kimi öz qüvvələrini razılaşdırılmış xəttə çəkəcək”, - Tramp bildirib.

ABŞ prezidenti Qətər, Misir və Türkiyədən olan vasitəçilərə də təşəkkür edib.