Bosniya Hersoqovinada 7581 şəxs itkin düşüb.
Bunu Bosniya və Herseqovina İtkin Düşmüş Şəxslər İnstitutunun İdarə Heyətinin sədri Marko Yurişiç “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"İtkin düşmüş şəxslərin problemini həll etmədən demokratik cəmiyyət qurmaq mümkün deyil. Biz bu işdə beynəlxalq təkilatlarla, kommisiyalarla çalışırıq", - Marko Yurişiç deyib.
O bildirib ki, Bosniya və Herseqovina İtkin Düşmüş Şəxslər İnstitutu şəxslərin tapılmasında qlobal lider mövqeyindədir: "2550 itkin düşmüş şəxsin identifikasiyasında əldə etdiyimiz nəticənin digər ölkələrdə də nail olması üçün əlimizdən gələni edəcəyik".