Advertisment

Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək

Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərlərinin üçtərəfli görüşü keçiriləcək.

Herbiand.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani görüşdə iştirak etmək üçün Türkiyəyə səfərə yola düşüb.

Müdafiə nazirləri üçtərəfli formatda strateji tərəfdaşlıq məsələlərini və əməkdaşlığın inkişaf etdirilməsi planlarını müzakirə edəcəklər.