Advertisment

Ermənistan Polis Qoşunlarının komandanı vəzifəsindən azad edilib

Ermənistan Polis Qoşunlarının komandanı və Ermənistan Polisinin rəis müavini general-mayor Ayk Babayan vəzifəsindən azad edilib.

Herbiand.az eməni mənbələrinə istinadən xəbər verir ki, müvafiq sərəncamı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan imzalayıb.

Qeyd edək ki, Ayk Babayan bu vəzifəni beş il müddətində icra edib.