"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat xidməti bildirir ki, 30 oktyabr 2025-ci il tarixdə şəhid Zeynalov Azad Rafiq oğlu, şəhid Gözəlov Rüfət Əzim oğlu, şəhid Əliyev Cəmil Məhərrəm oğlu, şəhid Meydanov Elməddin Bahaddin oğlu, şəhid Əhmədov Mərhəmət Adil oğlu və şəhid Sadıqlı Məmmədhəsən Meydan oğlunun anım günləri münasibətilə Şərur rayon Şəhidlər Xiyabanında tədbirləri keçirilib.
Tədbirdə şəhid ailələri, qazilər Şərur Rayon İcra Hakimiyyəti başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ceyhun Davıdov və Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşları, Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, digər nazirlik, idarə və təşkilat nümayəndələri, güc strukturlarının əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilmiş, Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra tədbirdə çıxış edənlər qəhrəman şəhidlərimizin həyat və döyüş yolundan, göstərdikləri igidliklərdən bəhs edərək onların vətənpərvərliyi, fədakarlığı və mərdliyi gənclər üçün örnək olduğunu vurğulayıblar.
Tədbirdə şagirdlər şəhidlərə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, ruh yüksəkliyi və dərin ehtiram hissi ilə çıxış ediblər.
Sonda şəhidlərimizin məzarları ziyarət olunaraq üzərlərinə gül dəstələri düzülüb, dualar oxunub.
Bəxtiyar ƏLİYEV