Advertisment

Peskov: Rusiyalıların Şengen zonasında hərəkətinə yeni məhdudiyyətlər istisna olunmur

Kreml Şengen zonasında rusiyalıların hərəkətinə yeni məhdudiyyətlər tətbiq olunacağını istisna etmir.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O xatırladıb ki, Brüssel artıq rusiyalı diplomatlarının hərəkətini məhdudlaşdırıb.

Qeyd edək ki, "Politico" nəşri Avropa rəsmilərinə istinadən Avropa İttifaqı rusiyalılara çoxdəfəlik Şengen vizalarının verilməsini dayandırmağa hazırlaşdığını yazıb.