ABŞ-dan Rusiya prezidenti Vladimir Putinin nüvə sınaqları və ya "Poseidon" və "Burevestnik" raket sistemləri ilə bağlı açıqlamasına rəsmi reaksiya verilməyib.
Herbiand.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Putinin Təhlükəsizlik Şurasının iclasında verdiyi açıqlamalara ABŞ-ın heç bir reaksiyası olmayıb.
Kreml sözçüsü həmçinin NATO-nu Rusiyanın mövqeyini anlamaq üçün Putinin sözlərini dinləməyə çağırıb.