Advertisment

Qarabağ Zəfəri - Müqəddəs 8 NOYABR

Azərbaycanın yaxın tarixi, xalqımızın səbrinin, qərarlılığının və  Vətən sevgisinin sınaqdan keçdiyi çətin dövrlərlə doludur. Bu sınaqlardan ən ağırı isə Qarabağın işğal edilməsi ilə başlayan və illərlə davam edən həsrət dövrü idi. Lakin Azərbaycan xalqı heç vaxt bu ağır  taleyi qəbul etmədi; Vətən sevgisi, tarixi yaddaş və torpaq bütövlüyünə olan sədaqət, ürəklərdə sönməyən bir od olaraq qaldı. Elə 8 Noyabr da bu sönməyən odu zəfərlə taçlandıran gündür.

Qarabağ, Azərbaycan mədəniyyətinin ən vacib mərkəzlərindən biri olaraq, yalnızca bir torpaq parçası deyil; şeir, musiqi, memarlıq və mədəni yaddaşın doğulduğu yerdir. Üzeyir Hacıbəyovun yurdu, Natəvanın xatirəsi, Şuşa muğam məktəbinin səsi  Qarabağda əks-səda tapmışdır. İllər boyu bu mədəni irsin dağıdılması yalnız bir coğrafiyanı deyil; bir xalqın yaddaşını da hədəf almışdır. Amma tarix göstərir ki, yaddaşı susdurmaq mümkün deyil.

Vətən Müharibəsi, 27 Sentyabr 2020-də Azərbaycanın beynəlxalq hüquqdan doğan müdafiə haqqını istifadə etməsi ilə başladı. 44 gün davam edən bu dastanlı mübarizədə ordu ilə xalq bir ürək, bir yumruq  oldu. Cəbhədə döyüşən əsgər qədər, cəbhe arxasında dua edən ana, xəbərləri gözləyən gənc də, Vətən üçün çalışan hər kəs bu zəfərin bir hissəsidir. Azərbaycan Ordusunun müasir hərbi gücü, strateji zəkası və texniki hazırlığı ilə birləşərək, onilliklərlə davam etdiyi deyilən işğal rejimini sındırdı və tarixə qarışmasını təmin etdi.

8 Noyabr 2020-də Şuşanın azad edilməsi, yalnız hərbi uğur deyil, Qarabağın qəlbinin yenidən döyüşüdür. Şuşanın alınması savaşın taleyini dəyişdirən, xalqın qəlbinə həyat verən dönüş nöqtəsi oldu. O gün Şuşa qayalarından dalğalanan üçrəngli bayraq yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının böyük qüruru oldu. Bu zəfər xalqımızın iradəsinin heç vaxt qırılmayacağını, haqlı olanın tez ya da gec haqqına çatacağını dünyaya göstərdi. Onun ardınca bir günlük lokal xarakterli döyüş isə Qarabağı erməni gavurlarından, seperetçılarından tam təmizlədi Azərbaycan ordusu.

Lakin bir müqəddəs məsələni unutmaq olmaz ki, bu   azadlıq  şəhidlərimizin canı, qazilərimizin fədakarlığı, analarımızın mətin səbrilə qazanılmışdır. Hər evladın hüznü, hər ananın duası bu torpağın mayasında vardır. Bu gün Qarabağın yenidən ayağa qalxmasında, atılan hər addımda, qurulan hər şəhərdə onların xatirəsi əbədi  yaşayır.

Zəfərdən sonra başlayan bərpa və yenidənqurma prosesi, dövlətimizin gələcəyə dönük vizyonunun ən açıq sübutudur. Yenidən inşa edilən yollar, hava limanları, təhsil müəssisələri, mədəniyyət mərkəzləri və müasir yaşayış sahələri, Qarabağın yalnız keçmişini deyil, gələcəyini də möhkəmləndirir. Qarabağ artıq yalnız azad deyil; yenidən doğur. Yenidən qurulur və xalqımızın müqəddəs Məkkəsi, Kəbəsi olur.

Bu zəfər yalnız bir xalqın deyil, həm də haqqın- ədalətin zəfəridir. Beynəlxalq platformalarda illərlə ifadə edilən haqqımız, nəhayət tarix səhnəsində real bir həqiqətə çevrildi. 8 Noyabr buna görə həm bir milli qürur günü, həm də tarixi məsuliyyət günüdür.

Bu gün bizə düşən vəzifə açıqdır: bu zəfərin mənasını yaşatmaq, milli birlik ruhunu qorumaq və Qarabağın gələcəyini daha da gücləndirmək ən ali məqsədimiz olmalıdır. Çünki Qarabağ yalnız keçmişimizin əmanəti deyil; gələcəyimizin də təminatıdır. Məhz buna görə də hamımız həmişə belə deməliyik: Qarabağ Azərbaycandır - dünən olduğu kimi, bu gün olduğu kimi, sabah da əbədiyyətə qədər də  belə olacaq. Əlbəttə, bütövlükdə xalqımız  bir müqəddəs məsələni də ununtmamalıdır. Bu qələbənin başında Ali Baş Komandanımız cənab İlham Əliyev durur. Məhz onun sayəsində Azərbaycan xalqı 230 ildən sonra belə böyük və tarixi qələbə qazandı. Xalqımızın 44 günə qazandığı bu tarixi və parlaq qələbəsi də dünya hərb elminə daxil oldu.

Ona görə bir daha deyək: 8 Noyabr Zəfər Günün mübarək olsun ey ulu Azərbaycan xalqı.

Nərgiz QƏRİBLİ-QAYA