Advertisment

Polis Akademiyasında “Zəfər təntənəsi” adlı kompozisiya təqdim edilib - VİDEO

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantları 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər təntənəsi” adlı kompozisiya təqdim ediblər.

Herbiand.az DİN-ə istinadən xəbər verir ki, kompozisiyada Vətən müharibəsində qazanılmış Qələbə, qəhrəman şəhidlərimizin əziz xatirəsi və Azərbaycan xalqının tarixi salnaməsi yüksək vətənpərvərlik ruhunda əks olunub.

Kursantlar ifalarında “Vətən marşı”nı səsləndirərək həm Zəfər Gününün qürurunu, həm də dövlətə və xalqa sədaqət andlarını nümayiş etdiriblər.