Britaniya Müdafiə Naziri Con Hili bildirib ki, F-35B Lightning qırıcı təyyarələri böyük hərbi təlimlər zamanı 36 uçuş həyata keçirib. Burda məqsəd Moskvaya güc nümayiş etdirmək və mesaj göndərmək olub.
Herbiand.az bildirir ki, bu barədə Britaniya mediası məlumat yayıb.
Qeyd edilib ki, manevrlər 1982-ci il Folklend müharibəsindən bəri Böyük Britaniyada ən böyük olub. Həmin il ölkə Folklend adalarına nəzarət uğrunda Argentina ilə toqquşub.
Con Hili təlimlərə şəxsən nəzarət edib. Onu xarici işlər naziri İvett Kuper müşayiət edib. XİN rəhbəri təlimi “görünən güc nümayişi” adlandırıb. O, həmçinin vurğulayıb ki, London Vaşinqtonla kəşfiyyat məlumatlarını paylaşmağa davam edir və əks iddiaları yalan adlandırıb.
Bəxtiyar CƏFƏRLİ