Advertisment

Rusiya Dnepropetrovsk və Xarkovda yeni yaşayış məntəqələrini ələ keçirib

Rusiya Ukraynanın Dnepropetrovsk və Xarkov vilayətlərində yeni yaşayış məntəqələrini ələ keçirib.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya qoşunları Dnepropetrovsk vilayətinin Neçayevka Xarkov vilayətinin Tseqelnoye yaşayış məntəqələrini nəzarətə götürüb.

Bundan başqa, Rusiya MN Ukrayna Silahlı Qüvvələrinin zirehli texnikalarını daşıyan qoşun karvanını məhv etdiyini açıqlayıb.

"Rusiya qoşunları Xarkov vilayətindəki Blaqodatovka yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin mühasirəni yarmaq üçün etdiyi əks-hücumun qarşısını alıb.
Rusiya hava hücumundan müdafiə sistemləri bir gündə üç idarə olunan bomba və 206 Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli dron vurub. Ukrayna Silahlı Qüvvələri bir gündə münaqişə zonasında təxminən 940 hərbçi itirib", - Rusiya MN-nin məlumatında qeyd olunub.