Ermənistan sabiq Baş prokuror Gevork Kostanyanın ekstradisiyası üçün Rusiyaya müraciət edəcək.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu barədə Baş prokuror Anna Vardapetyan parlamentdəki dinləmələrdə bildirib.
Onun sözlərinə görə, İrəvan həm də 1 mart 2008-ci il tarixli İş üzrə istintaq qrupunun keçmiş rəhbəri Vaaqn Arutyunyanın ekstradisiyasına nail olmaq niyyətindədir.
Adıçəkilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə, sübutların saxtalaşdırılması və 1 mart hadisəsində istintaqın təhrif edilməsində ittiham olunurlar.
Ermənistan tərəfinin məlumatına görə, hər iki sabiq məmur Rusiyadadır, lakin Rusiya tərəfindən onların İrəvana verilməsi barədə hələlik razılıq yoxdur.