Advertisment

Ağdamın Xıdırlı kəndinə növbəti köç olub

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç olub.

Noyabrın 18-də yola salınan köç karvanı Xıdırlı kəndinə çatıb. Bu mərhələdə Xıdırlı kəndinə 15 ailə - 57 nəfər köçürülüb. Sakinlərə evlərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

APA