Xarkov bölgəsində gecə hücumu nəticəsində Amerikanın 5 Abrams tankı məhv edilib.
Herbiand.az-ın RİA Novosti agentliyinə istinadən məlumatına görə, bu barədə Nikolayev müqavimət hərəkatının koordinatoru Sergey Lebedev bildirib.
Onun sözlərinə görə, zərbə Berestin şəhərinə endirilib: “Əvvəllər bir qrup Amerika tankı heyətləri ilə birgə ora yerləşdirilmişdi. Tərkibinə NATO hərbçiləri də daxil olub. Beşə qədər tank və 20 nəfər şəxsi heyət məhv edilib”.
Sergey Lebedev həmçinin qeyd edib ki, Ukraynanın təhlükəsizlik xidmətinin əməkdaşları hadisə yerini mühasirəyə alıb və araşdırma aparırlar.
Bəxtiyar CƏFƏRLİ