ABŞ prezidenti Donald Tramp bir il əvvəl McDonald's-da işləyərkən seçkilərdə qalib gəlmək potensialına malik olduğunu anladığını söyləyib.
Herbiand.az xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda keçirilən biznes konfransda McDonald's-dakı roluna toxunaraq bildirib.
“Mən pəncərədə dayanmışdım, insanlar darıxdırıcı kimi gəlirdilər. Onlar baxırdılar, vau. Reaksiya inanılmaz idi. Mən demək olar bilirdim ki, qalib gələcəm”, - ABŞ lideri deyib.
Qeyd edək ki, Tramp seçki kampaniyası zamanı bir neçə saat McDonald's-da “işə çıxıb”. O, işçilərin istifadə etdiyi uniforma geyinərək müştərilərə kartof qızartması paylayıb.
Bəxtiyar CƏFƏRLİ