Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış Rusiyanı Ukraynaya aparan dəmir yolu relslərini partlatmaqda ittiham edib.
Herbiand.az bildirir ki, o, buna baxmayaraq, heç bir dəlil təqdim etməyib.
“İcraçılar tutulduqda, onda tam əmin olacağıq, lakin Polşada və bütün Avropada baş verən bütün hadisələri təhlil edərək deyə bilərik ki, bütün izlər şərqə - Rusiyaya aparır”, - müdafiə naziri RMF FM radiosunda bildirib.
Bununla belə, Kosinyak-Kamış Rusiyanın iştirakına dair heç bir dəlil təqdim etməyib.
Qeyd edək ki, Polşanın Mazovetsk yaşayış məntəqəsinin polisi 16 noyabrda Ukraynaya aparan dəmir yolu xəttinə ziyan dəydiyini bildirib. Hadisə nəticəsində tələfat olmayıb. Polşanın Baş naziri Donald Tusk hadisə yerində partlayış baş verdiyini söyləyib.
Bəxtiyar CƏFƏRLİ