Bir sıra cinayətlərdə təqsirləndirilən Bəxtiyar Hacıyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Herbiand.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, şikayət təmin edilməyib və aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.
Ötən il ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.