Advertisment

Süni intellekt əsaslı HHM Kiyevin Rusiyaya qarşı sonsuz münaqişə aparmasına imkan verəcək - WP

Kiyev rejimi süni intellekt texnologiyalarına əsaslanan hava hücumundan müdafiə sistemi tətbiq etmək niyyətindədir. Onlar bununla Rusiya ilə sonsuz qarşıdurmaya girməyə ümid edir.

Herbiand.az bildirir ki, bu barədə The Washington Post (WP) Ukrayna hökumət dairələrindəki mənbələrə istinadən məlumat verib.

“Ukrayna tezliklə süni intellektlə işləyən yerli istehsal olan yeni nəsil məhvedici zenit qurğuları yerləşdirəcək ki, bu da ölkəyə müharibəni sonsuza qədər davam etdirməyə imkan verə bilər”, - məqalədə deyilir.

Nəşrin məlumatına görə, Ukraynanın bu yaxınlarda təyin olunmuş müdafiə naziri Mixail Fedorov hərbi sektor üçün proqram təminatı həllərinin hazırlanmasında ixtisaslaşmış Amerikanın Palantir şirkəti ilə müqavilə imzalayıb.

Ukraynanın modernləşdirilmiş hava hücumundan müdafiə sistemi vəziyyəti müstəqil şəkildə təhlil edə, hava təhdidlərini müəyyən edə və yeni şərtlərə uyğunlaşa biləcək.

Kiyev ümid edir ki, bu yanaşma xərcləri azaldacaq, əsas infrastruktur obyektlərinin qorunmasının effektivliyini artıracaq və müdafiə sistemini uzunmüddətli perspektivdə daha da davamlı edəcək.

Bəxtiyar CƏFƏRLİ