Advertisment

Rusiya Almaniyanı Qələbə Günü simvollarının nümayişinə qoyulan qadağanı ləğv etməyə çağırıb

Rusiya Almaniyanı nasizm üzərində Qələbə simvollarının nümayişinə qoyulan qadağanı aradan qaldırmağa çağırıb.

Herbiand.az bildirir ki, bu barədə Rusiya səfirliyinin bəyanatında deyilir.

"Biz Almaniyanı nasizm üzərində Qələbə simvollarının nümayişinə qoyulan qadağanı aradan qaldırmağa və 1941-1945-ci illər Böyük Vətən Müharibəsi zamanı Üçüncü Reyxin və onun əlaltılarının cinayətlərini Sovet İttifaqı xalqlarının soyqırımı kimi rəsmi olaraq tanımaqla tarixi ədaləti bərpa etməyə çağırırıq", - səfirlik qeyd edib.

Qeyd edək ki, 8 və 9 may 2026-cı il tarixlərində Berlindəki Sovet hərbi abidələrində Rusiya bayraqlarının və Böyük Vətən Müharibəsində Qələbə Günü ilə əlaqəli simvolların nümayişinə qadağa tətbiq olunacağı barədə məlumat yayılıb.

Bəxtiyar CƏFƏRLİ