Advertisment

Polşa Slovakiyanın baş nazirini yalnız bu halda bağışlayacaq

Polşa xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Varşava Slovakiyanın baş naziri Robert Fiçonun Moskvaya səfərini, onun Ukraynaya kredit vermək üçün ümumavropa səylərini dəstəklədiyi təqdirdə bağışlamağa hazırdır.

Herbiand.az bildirir ki, bu barədə "Pravda" qəzeti məlumat yayıb.

"Əgər o, Ukraynaya yardımı blokdan çıxarsa, eyni zamanda Rusiya Federasiyasına səfər etsə, biz yəqin ki, onu bağışlaya biləcəyik", - Sikorski deyib.

XİN rəhbəri həmçinin, Çexiya və Macarıstan da daxil olmaqla, digər “Vışeqrad dördlüyü” ölkələrindən Ukraynaya dəstək olacağına ümid etdiyini bildirib. O əlavə edib ki, Polşa yeni Macarıstan hökumətinin Kiyevə yardımla bağlı məhdudiyyətləri də aradan qaldıracağını gözləyir.

Bəxtiyar CƏFƏRLİ