Advertisment

Erməni ordusunda yeni qayda

Ermənistanda hərbçilər yeni qaydaya uyğun əsgəri salam verməlidirlər.

Hebriand.az xəbər verir ki, bununla bağlı məsələ müzakirə olunur.

Hebriand.az xəbər verir kİ, bundan sonra bu ölkədə hərbçilər Şimali Atlantika Alyansının standartlarına uyğun olaraq, baş geyimlərini çıxarıb əllərini başlarına yaxınlaşdırmaqla hərbi salam verməlidirlər.

Hraparak.am yazır ki, Ermənistan ordusu hələ NATO standartlarına tam uyğun olmasa da, yeni qayda tətbiq edilməyə başlayıb. “Artıq hərbçilər baş geyimlərini çıxardıqdan sonra hərbi salam verməlidirlər. Əvvəllər Ermənistan əsgərləri baş geyimlərinə əl aparmaqla hərbi salam verirdilər”-sayt yazır.

Qeyd edək ki, Ermənistan 2024-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurub.

E.Cəfərli

Herbiand.az