Advertisment

Afina İtaliyanın FREMM sinifli ilk freqatlarını əldə edib

Yunanıstan və İtaliya müdafiə nazirləri Nikos Dendias və Qvido Crosetto Afinanın iki FREMM sinifli çoxməqsədli freqat (“Bergamini”) əldə etməsi üçün müqavilə imzalayıblar.

Herbiand.az bildirir ki, gəmilərin müvafiq olaraq 2028 və 2029-cu illərin birinci yarısında Yunanıstan Hərbi Dəniz Qüvvələrinə qoşulması gözlənilir.

Müqavilənin ümumi dəyəri 500 milyon avronu keçməyəcək.

Bəxtiyar CƏFƏRLİ