ABŞ Prezidenti Donald Tramp İrana qarşı əməliyyatların yenidən bərpa edilməsi ilə bağlı yaxın vaxtlarda mühüm qərar verməli olacağını bildirib. Herbiand.az xəbər verir ki, bu barədə “Axios” portal məlumat yayıb.
Prezident qeyd edib ki, qarşısında İran İslam Respublikasını tamamilə məhv edib-etməmək barədə qərar vermək kimi mühüm seçim dayanır.
“Bu, mühüm qərardır. Mənim başıma hər şey gələ bilər”- deyə o, bildirib.
Qeyd edək ki, Tramp daha əvvəl İranla müharibənin başa çatmağa yaxın olduğuna ümid etdiyini açıqlamışdı.
E.Cəfərli