Polşanın Baş naziri Donald Tusk prezident Karol Navrotskini ölkənin ərazi bütövlüyü ilə bağlı güzəştə razı olmaqda ittiham edib.
Herbiand.az xəbər verir ki, Tusk prezidentin X sosial şəbəkəsində paylaşdığı və seçicilər qarşısında çıxışı zamanı sitat gətirdiyi fikrə münasibət bildirib. Qeyd edək ki, Navrotski yazıb:
“Biz ərazilərdən güzəştə gedə bilərik, amma heç vaxt vətənimizi təslim etməyəcəyik”.
Polşa Baş naziri dövlət başçısına bu paylaşımı silməyi təklif edib. “Cənab Prezident, sizə bu paylaşımı silməyi təklif edirəm. Biz ərazimizin bir qarışını belə güzəştə getmək niyyətində deyilik”, -deyə Tusk bildirib.
Qeyd edək ki, Tusk bir müddət öncə Polşa ilə Rusiya arasında münaqişənin gərginləşə biləcəyini bildirib.
E.Cəfərli
Herbiand.az