Advertisment

ABŞ-nin Alyaska ştatında 6,5 bal gücündə zəlzələ baş verib

ABŞ-nin Alyaska ştatında güclü zəlzələ baş verib. Herbiand.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, 6,5 bal gücündə baş verən yeraltı təkanların episentri Nikolski bölgəsindən 166 kilometr qərbdə yerləşib.

Təxminən 108 kilometr dərinlikdə qeydə alınan zəlzələ ilə bağlı sunami xəbərdarlığı verilməyib.

Zəlzələ nəticəsində hələlik hər hansı insan tələfatı və ya maddi zərər barədə məlumat daxil olmayıb.

E.Cəfərli

Herbiand.az