Advertisment

Sülh müvəqqətidir, müharibə yenidən başlaya bilər - Erməni siyasi şərhçi

“Ermənistan və Azərbaycan arasında sülh soyuqdur, müharibə ən kiçik səbəbə görə yenidən başlaya bilər”.

Herbiand.az xəbər verir ki, bunu erməni konfliktoloq Hrayr Palyan deyib.

“Tərəflər nəyin üzərində razılaşmasından və ya hətta sənəd imzalamasından asılı olmayaraq, yalnız “soyuq sülh”dən danışmaq olar.

Münaqişələr nəzəriyyəsində belə razılaşmalar formal olaraq xarakterizə edilir. Ermənistan və Azərbaycan arasındakı razılaşma da kövrək və müvəqqətidir və ən kiçik səbəb belə müharibənin yenidən başlamasına gətirib çıxara bilər”, - o qeyd edib.

Teleqraf