Advertisment

​​​​​​​Məktəbin həyətində silahlı insident: müəllim öldürüldü

Türkiyənin Osmaniyedə vilayətində silahlı insident baş verib. Herbiand.az xəbər verir ki, hadisə Osmaniyənin Çardak kəndində yerləşən Farabi Anadolu Liseyinin həyətində olub.

Liseyin ədəbiyyat müəllimi Mehmet Bilgili silahlı hücuma məruz qalıb.

Şübhəli şəxs müəllimə qanunsuz gəzdirdiyi tapançadan atəş açıb. Ağır yaralanan müəllim hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının ilkin müdaxiləsindən sonra xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq yaralı müəllim xəstəxanada vəfat edib.

Məktəbin həyətində baş verən hadisədən sonra Osmaniyə valisi Mehmet Fatih Serdengeçti rəsmi açıqlama ilə çıxış edib. Vali təhlükəsizlik qüvvələrinin hadisədən dərhal sonra genişmiqyaslı əməliyyat keçirdiyini bildirib.

Onun sözlərinə görə, şübhəli şəxs müəllimin bacısı oğludur. 

Qatil qısa müddətdə saxlanılaraq nəzarət altına alınıb.

E.Cəfərli

Hebriand.az