Advertisment

“Türkiyə-Azərbaycan qardaşlığı strateji münasibətlərə söykənir”-RUBASAM rəhbəri

“Türkiyə-Azərbaycan qardaşlığını zədələməyə yönəlmiş fikirlərə etibar edilməməlidir”. Bunu herbiand.az-a açıqlamasında Rumeli Balkan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Süheyl Çobanoğlu deyib.

“BMT Baş Assambleyasının iclasında “soyqırımçı” İsrailin Baş naziri Binyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalı tərk etməməsi ilə bağlı Türkiyədə bəzi çevrələr tərəfindən səsləndirilən tənqidləri Türkiyə-Azərbaycan qardaşlığını zədələməyə yönəlmiş fikirlər kimi qiymətləndiririk.

Hər sahədə getdikcə güclənən əməkdaşlığımız və “Bir millət, iki dövlət” anlayışı əsasında inkişaf edən Türkiyə-Azərbaycan qardaşlığı gündəlik siyasi müzakirələrə, sosial media paylaşımlarına və yalnız bir görüntü üzərindən aparılan şərhlərə endirilə bilməz”- deyə, Süheyl Çobanoğlu bildirib.

Mərkəz rəhbəri hesab edir ki, çoxşaxəli və strateji xarakter daşıyan münasibətlərimizə kölgə salmağa heç kimin gücü çatmayacaq:  “Türkiyə ilə Azərbaycan arasındakı siyasi, tarixi, milli və mənəvi bağları zədələyə biləcək xoşməramlı olmayan fikirləri pisləyir, hər kəsi sağlam düşüncəyə və təmkinli olmağa çağırırıq.

Azərbaycan türklərini sevgi və hörmətlə salamlayırıq”.

Herbiand.az