Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində ilk oyununa çıxıb. "Dariaus ir Gireno" stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Komandamızın heyətində 14-cü dəqiqədə Mahir Emreli fərqlənib. Litva millisinin qolunu isə 9-cu dəqiqədə penaltidən Armandas Kuçis vurub.
Litva - Azərbaycan - 1:1
Qollar: Armandas Kuçis, 9 (pen.), Mahir Emreli, 14
Qeyd edək ki, milli komandamız qrupdakı növbəti oyunlarını Bakıda keçirəcək. Komandamız oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda Lixtenşteynlə, oktyabrın 4-də isə "8-ci km" stadionunda Litva ilə qarşılaşacaq.
Herbinand.az