Advertisment

Xamneyi hədələdi – “İran tezliklə oranı da təmizləyəcək”

“İran tezliklə Ərəbistan dənizini də düşmən qüvvələrindən (ABŞ) təmizləyəcək”.

Herbiand.az xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xamneyi yerli mediada dərc olunmuş yazılı bəyanatında bildirib.

“Vaxtilə İranın cənubundakı iki dəniz düşmən qüvvələrinin sığınacağı idi, amma bu günlərdə Hörmüz boğazının cəsur döyüşçüləri və keşikçilərindən aldıqları ağrılı zərbələr səbəbindən Ərəbistan dənizindən o yana keçə bilmirlər.

Hər dəfə bu riski gözə alanda özlərinə zərər vermiş olurlar və tezliklə Ərəbistan dənizi də onlardan təmizlənəcək”, - o bildirib.

Teleqraf