ABŞ-da hesab edirlər ki, gələn ilin payızına qədər Rusiya-Ukrayna müharibəsi yekunlaşa bilər.
Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, bu iddia ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri tərəfindən irəli sürülüb.
Amerikalı analitiklər hesab edir ki, prezident Putin genişmiqyaslı və kompleks zərbələrlə, uzaqmənzilli ballistik raketlərdən və reaktiv pilotsuz uçuş aparatlarından istifadə etməklə Ukraynanı 2027-ci ilin yazına qədər təslim aktını imzalamağa məcbur etmək istəyir.
“Beyin mərkəzi”nin əməkdaşlarına görə, Rusiya bu cür intensiv zərbələrlə Ukraynaya təzyiqi artırmaq istəyir və Kiyevi fakt qarşısında qoymağa çalışır.
E.Cəfərli