Litva Mərkəzi Bankının sədri Gediminas Şimkus vətəndaşların hesablarında rekord həddə - 31 milyard avro toplandığını açıqlayıb. Bununla belə o, qeyd edib ki, bu pulun böyük hissəsi "işləmir".
"Bankların müddətli əmanətlər üzrə təklif etdiyi faiz dərəcələri aşağıdır və görünür, sakinlər üçün cəlbedici deyil", - Şimkus qeyd edib.
Litva baş naziri Mindauqas Sinkyaviçyus bu sözlərə diqqət çəkib. O, vətəndaşlara müraciət edərək qeyd edib ki, hesablardakı pulun miqdarı nəzəri olaraq azalmasa da, əslində "alıcılıq qabiliyyəti azalır".
O, dövlətin hazırda iqtisadi problemlər yaşadığını və yaxın gələcəkdə 11 milyard avro borc almaq niyyətində olduğunu bildirib. Baş nazir ictimaiyyətdən bu ehtiyacı ödəmək üçün vəsaitlərini büdcəyə borc vermələrini istəyib və bunun müqabilində əmanətlərini faizlə qaytaracağına söz verib.
Bəxtiyar CƏFƏRLİ