UEFA Millətlər Liqasının A Liqası 1-ci qrupunda növbəti oyun keçirilib.
Herbiand.az xəbər verir ki, Bursa stadionunda keçirilən matçda Türkiyə millisi İtaliya ilə qarşılaşıb.
Gərgin və qollu keçən qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
İtaliya millisinin qollarını Alessandro Bastoni (9-cu dəqiqə), David Frattesi (22), M.Kayode (27) və Pio Esposito (50) vurub. Türkiyənin yeganə qolunun müəllifi isə Barış Alper Yılmaz (47) olub.
Beləliklə, Türkiyə millisi qrup mərhələsində İtaliyaya qarşı keçirilən görüşdə meydanı məğlub tərk edib.
E.Cəfərli