Advertisment

Polşada hərbi helikopter mühərrikləri üçün servis mərkəzi tikiləcək

Polşa Deblində 96 ədəd Apache helikopterinin mühərriklərinin saxlanılması və təmiri üçün mərkəz tikəcək.

Herbiand.az xəbər verir ki, bu barədə Polşanın Forsal portalı bildirib.

Nəşrin məlumatına görə, Amerikanın General Electric Aerospace şirkəti və Deblindəki 1 nömrəli hərbi təyyarə zavodunun nümayəndələri Apache AH-64 helikopterlərində istifadə olunan T700/CT7 mühərriklərinin saxlanılması və təmiri üçün müqavilə imzalayıblar. Zavod Polşa ordusu üçün alınan digər Amerika General Electric istehsalı olan rotorlu maşınların, o cümlədən AW149, AW101 və S-70i Black Hawk helikopterlərinin mühərriklərinə xidmət göstərməyi planlaşdırır.

Polşa dövlət müdafiə holdinq şirkəti PGZ-nin prezidenti Adam Leşkeviçin sözlərinə görə, Deblində xidmət mərkəzinin tikintisi təxminən 500 milyon zlotı (130 milyon dollar) tələb edəcək.

Mərkəzin 2028-ci ilin üçüncü rübündə hazır olacağı gözlənilir.

Bəxtiyar CƏFƏRLİ