Advertisment

Tailand polisi gücləndirilmiş rejimə keçib: Amerika hərbçilərinə görə

Tailandın Pxuket əyalətində polis 5000-dən çox Amerika hərbçisinin tətilə gəlməsi ilə əlaqədar olaraq gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb. Təhlükəsizlik tədbirləri 4-9 oktyabr tarixlərini əhatə edəcək.

Herbiand.az bildirir ki, bu barədə regional polis qərargahının açıqlamasında deyilib.

"Biz hüquq-mühafizə orqanlarının fəaliyyətini təmin etmək, yerli sakinlər, turistlər və gələn kontingent üçün təhlükəsiz mühit yaratmaq üçün bütün qurumların resurslarını birləşdiririk", - departament qeyd edib.

Pxuket polisi yerli hakimiyyət orqanlarını, turizm və immiqrasiya polisini, Tailand Hərbi Dəniz Qüvvələrini bir araya gətirəcək əməliyyat mərkəzi yaradıb. Hüquq-mühafizə orqanlarına 150 zabit nəzarət edir.

Bəxtiyar CƏFƏRLİ