Advertisment

Nazirin Ağdamda müəllimlərlə səmimi söhbəti-“Onları yetişdirən sizlərsiz”-VİDEO

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdamda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində müəllimlərlə görüşüb, onlarla səmimi söhbət edib.
Herbiand.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, təhsil işçilərini 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Qarabağın azadlığı uğrunda canından keçən şəhidlər də yad edilib.

“Qarabağı bizə qaytaran o qəhərman gəncləri yetişdirən sizlərsiz”-deyə, nazir bildirib.

M. Məmmədov şəhidlərin qəhrəmanlığının və fədakarlığının daim ehtiramla anıldığını vurğulayıb.

Murad

Herbiand.az