Moskvanın Kalininqrad bölgəsinə qarşı mümkün təhdidlərə cavab barədə sərt xəbərdarlıqları Avropa bəyanatlarının tonuna təsir göstərib.
Herbiand.az bildirir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson deyib.
O, hesab edir ki, Rusiya bütün hərbi potensialından istifadə etməyə hazır olduğunu nümayiş etdirdikdən sonra Baltikyanı ölkələrin ritorikası nəzərəçarpacaq dərəcədə daha təmkinli olub.
Conson bildirib ki, Avropa dövlətləri güc balansını səhv qiymətləndirir və Rusiyanın zəifliyini güman edirlər: “Əvvəllər Avropa siyasətçilərinə Moskvanı təhdid etməyə və Kalininqradın mümkün ələ keçirilməsini müzakirə etməyə imkan verən məhz bu inam olub.
MKİ-nin keçmiş zabitinin sözlərinə görə, Rusiya real təhlükə yaranarsa, bütün arsenalından istifadə etməyə hazır olduğunu açıq şəkildə bildirdikdən sonra vəziyyət dəyişib. Conson nüvə silahlarından istifadə ehtimalını xüsusi olaraq qeyd edib: "Və görünür ki, bu, istənilən effekti verib".
Bəxtiyar CƏFƏRLİ