Avropa Parlamentinin 71 üzvündən ibarət qrup Avropa Birliyi (AB) rəhbərliyinə müraciət edərək Rus evlərinin AB daxilində fəaliyyətinin dayandırılmasını tələb edib.
Herbiand.az bildirir ki, bu barədə LRT nəşri xəbər verib.
Təşəbbüs Litvanın Avropa Parlamentindəki üzvü Rasa Yuknyaviçene tərəfindən irəli sürülüb. Deputatlar məktublarında Rus evlərini Rusiyanın təsirini təşviq etmək üçün alətlər kimi təsvir edib. Onlar Avropa Komissiyasını, Avropa Xarici Fəaliyyət Xidmətini və AB üzv dövlətlərini bu qurumların işi ilə bağlı ortaq mövqedə razılığa gəlməyə çağırırlar.
Nəşr qeyd edib ki, Rus evləri hazırda Avstriya, Belçika, Bolqarıstan, Kipr, Çexiya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Lüksemburq, Malta, Slovakiya və İspaniya da daxil olmaqla 15 Avropa Birliyi ölkəsində fəaliyyət göstərir.
Bəxtiyar CƏFƏRLİ