Advertisment

Əsir götürülmüş ukraynalı futbolçu: Evimin yanında uşaq arabası ilə gəzərkən saxlanıldım

Ukrayna Silahlı Qüvvələrinin 5-ci sərhəd dəstəsində xidmət etmiş və Rusiya tərəfindən əsir götürülmüş keçmiş ukraynalı futbolçu Yeqor Azbukin hərbi xidmətə çağırılmasının təfərrüatlarını açıqlayıb.

Herbiand.az bildirir ki, bu barədə RİA Novosti agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Azbukinin sözlərinə görə, o, 2024-cü ildə evinin yanında uşaq arabası ilə gəzərkən saxlanılıb. Ərazi işə qəbul mərkəzinin (hərbi komissarlığın alternativ variantı – red.) əməkdaşları onu axşam saatlarında saxlayıblar və məlumat bazasını yoxladıqdan sonra keçmiş futbolçunun axtarışda olduğunu aşkar ediblər. Daha sonra onu zorla hərbi komissarlığa aparıblar.

O, tibbi müayinənin formal olduğunu iddia edib. “Ciddi görmə problemlərimə (bir gözdə təxminən 5%) baxmayaraq, xidmətə yararlı hesab edildim. Əvvəlcə təlim mərkəzində hazırlıq keçdim, sonra Sumı bölgəsində nəqliyyat vasitələrinin təhlükəsizliyi vəzifələrini yerinə yetirdim”.

Keçmiş futbolçu etiraf edib ki, daha sonra xidmət etmək istəmədiyinə görə mövqelər yaratmaq üçün Şostka rayonuna köçürülüb: “Bu obyekt "Şimal" qüvvələr qrupunun qoşunları tərəfindən atəşə tutulduqdan sonra meşədə azdım və könüllü olaraq Rusiya qüvvələrinə təslim oldum”.

Bəxtiyar CƏFƏRLİ