Dünya şöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Charles Veley-in rəhbərliyi ilə beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
Herbiand.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, səfərdə ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və digər ölkələrdən olmaqla, ümumilikdə 13 ölkəni təmsil edən 40-a yaxın səyyah iştirak edir.
Səfər proqramına Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini əks etdirən Alban məbədlərinin ziyarəti də daxildir.
Bu, 2021–2026-cı illər ərzində dünyanın əsas səyyah klubları tərəfindən Qarabağ və Şərqi Zəngəzura təşkil olunan 17-ci qrup səfəridir.
Səfərlər beynəlxalq səyahətçilərə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri ilə yerində tanış olmaq imkanı yaradır.