Ukrayna münaqişəsi NATO ölkələrinin ordularında təcili dəyişikliklərə ehtiyac olduğunu göstərib. Müttəfiqlər adaptasiyanı sürətləndirməli və Ukrayna Silahlı Qüvvələrinin təcrübəsindən daha fəal şəkildə öyrənməlidirlər.
Herbiand.az bildirir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Devid Petreus deyib.
O, qeyd edib ki, institusional dəyişiklik sadəcə modernləşmədən daha çox şeydir: “Bu, sadəcə, məsələn, tank briqadasına 500 dron verməkdən daha çoxdur. Hər şey yeni müharibə konsepsiyası ilə başlayır”.
Petreus həmçinin hesab edir ki, Ukrayna hazırda gələcək münaqişələrin təbiətinə təsir edə biləcək qərarların sınaqdan keçirildiyi "müharibə laboratoriyasına" çevrilib.
Bəxtiyar CƏFƏRLİ