Laçın şəhərində yenidənqurma və bərpa işləri çərçivəsində inşa edilən 19 binadan ibarət yeni yaşayış məhəlləsində son tamamlama işləri aparılır.
Herbiand.az-ın bölgə müxbirinin veridyi məlumata görə, müasir şəhərsalma standartlarına uyğun salınan bu məhəlləyə ümumilikdə 340 ailənin köçürülməsi nəzərdə tutulub.
Mənzillər sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər türlü zəruri kommunikasiya və infrastruktur imkanları ilə təmin edilib. Şəhərin estetik görünüşünə xüsusi ahəng qatan binaların ətrafında geniş abadlaşdırma, yaşıllaşdırma və uşaq oyun meydançalarının salınması işləri icra olunub.
Böyük Qayıdış proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına mərhələli şəkildə qaytarılması prosesi uğurla davam etdirilir. Yeni məhəlləyə köçürüləcək ailələr yaxın vaxtlarda modern şəraitlə əhatə olunmuş öz yeni evlərində məskunlaşacaqlar.
Murad