Türkiyənin İstanbul şəhərində son 84 ilin ən güclü yağışı qeydə alınıb. Herbiand.az xəbər verir ki, səhər saatlarından başlayan güclü leysan şəhərdə həyatı iflic edib, bir çox rayonda su və elektrik təchizatında fasilələr yaranıb.
Güclü yağış nəticəsində şəhər üzrə 1277 su basması hadisəsi baş verib, Fatih, Sarıyer və Kağıthane rayonlarında 3 nəfər həyatını itirib. İstanbul Valiliyinin açıqlamasına görə, hazırda 5 nəfər itkin düşmüş hesab olunur.
İstanbul Böyükşəhər Bələdiyyəsinin Fəlakət Koordinasiya Mərkəzinin məlumatına əsasən, Beykoz rayonunda hər kvadratmetrə 273 kiloqram yağıntı düşüb. Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi 2727 nəfərin xilas edildiyini bildirib.
İstanbul valisi Davut Gül güclü yağışlarla əlaqədar sabah da məktəblərdə dərslərin olmayacağını açıqlayıb, Kocaeli vilayətində də təhsilə bir günlük fasilə verilib.
Beykozda daşqın zamanı məktəb tikintisinin ərazisində su ilə dolmuş quyuya düşən fəhlə xilasedicilər tərəfindən çıxarılaraq xəstəxanaya aparılıb. Lakin o, həkimlərin səylərinə baxmayaraq həyatını itirib.
Aydın