Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Herbiand.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Saleh Səmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı Saleh Səmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.