Advertisment

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Qırğızıstanda 2026-cı ilin yanvar-sentyabr aylarında neft məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə artıb.

Herbiand.az xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, hesabat dövründə ölkədə sənaye istehsalının ümumi həcmi 685,4 milyard soma çatıb. Sənaye istehsalının fiziki həcm indeksi 107 faiz təşkil edib.

Bundan əlavə, kimya məhsullarının istehsalı 2,3 dəfə, nəqliyyat vasitələrinin istehsalı 39,4 faiz, tikinti materiallarının istehsalı isə 29,1 faiz artıb.