Almaniya öz ordusunun uzaq mənzilli dəqiq zərbələr üçün imkanlarını genişləndirəcək. Nəzərdən keçirilən potensial silahlar arasında Ukrayna “Bars”ları və Amerikanın Anthem dron raketləri də var.
Herbiand.az bildirir ki, bu barədə Almaniyanın hartpunkt nəşri məlumat verib.
Bundesverin baş müfəttişi, general-leytenant Kristian Froydinq deyib ki, hazırda kommersiya baxımından mövcud olan iki sistem nəzərdən keçirilir, lakin xidmətə qəbul edilməzdən əvvəl onlar sınaqdan keçirilməlidir. O, tədarüklərə 2027-ci ilin əvvəlində başlanılacağını hesab edir.
General konkret raket modellərinin adını çəkməyib, lakin nəşr qeyd edib ki, Ukrayna “Bars”ları və Amerikanın Anthem-i namizədlər arasındadır.
Nəşr vurğulayıb ki, "Bars" raketi müharibə zamanı özünü yaxşı tərəfdən göstərib.
Bəxtiyar CƏFƏRLİ