İran Ordusunun baş komandanı, general-mayor Əmir Hatəmi ölkəsinin istənilən müharibəyə hazır olduğunu bəyan edib. O, Hörmüz boğazının tamamilə İran qüvvələrinin nəzarəti altında olduğunu bildirib.
Herbiand.az xəbər verir ki, general bu barədə Tehrandakı İmam Əli Zabitlər Universitetində çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, “düşmən gəmiləri” Oman dənizindəki dəniz ərazilərinə daxil ola bilmir. Hatəmi İran Silahlı Qüvvələrinin bütün müharibə ssenarilərinə hazır olduğunu vurğulayıb.
Komandan bildirib ki, İranın infrastrukturuna hücum ediləcəyi təqdirdə İsrailin və bu ölkə ilə əməkdaşlıq edən dövlətlərin infrastrukturu da zərər görəcək.
O, İran xalqının hüquqlarına hörmət edilənədək Hörmüz boğazının bağlı qalacağını iddia edib. General, həmçinin düşmənə məxsus çoxsaylı hərbi bazaların zərər gördüyünü və qarşı tərəfin müşahidə imkanlarının zəiflədiyini irəli sürüb.
Aydın