NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Qərb ölkələrinə Ukrayna ilə bağlı çağırış edib. O, Ukraynaya dərhal hərbi kontingent göndərməyi təklif edib.
Herbiand.az xəbər verir ki, Rasmussen “The Telegraph” nəşrinə müsahibəsində deyib: "Hazırda “Könüllülər koalisiyası” adlandırılan birlik real addımlar atmaq əvəzinə, daha çox gözləmə mövqeyindədir".
Onun fikrincə, Böyük Britaniya və Fransa sülhün əldə olunmasını gözləmədən indidən Ukraynada hərbi qüvvələr yerləşdirməlidir.
“Bunu gecikdirmək olmaz”-NATO-nun sabiq rəhbəri belə deyib.
Aydın