Advertisment

Astarada mikroavtobus aşıb, xəsarət alanlar var

Astara rayonu Deqədi kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 12 nəfər (6 kişi, 6 qadın) bu gün saat 09:40 radələrində Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Herbiand.az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunub. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

4 nəfər isə (3 kişi, 1 qadın) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin travmaları və sınıqları diaqnozları təyin olunub. 2 nəfərin müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

2 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.