Avstraliya hökuməti oktyabr ayının sonunda LCH tipli böyük desant gəmilər üçün polad kəsməyə başlayıb. Gəmilər ölkənin Müdafiə Qüvvələri üçün nəzərdə tutulub.
Herbiand.az xarici mətbuata istinadən bildirir ki, ondan əvvəl isə LCH tipli orta desant gəmilər üçün analoji proqram başlayıb.
Avstraliya hökuməti 18 orta və 8 ağır desant gəminin çatdırılması üçün dəyəri 5 milyard dollardan çox olan müqavilələr imzalayıb.
Gəmilər HIMARS çoxsaylı buraxılış raket sistemləri, “Abrams” döyüş tankları, kəşfiyyat vasitələri və piyada döyüş maşınları da daxil olmaqla birləşmiş silah sistemləri daşımaq üçün nəzərdə tutulub.
LCH sinifli desant gəmilərinin uzunluğu 100 metr, eni 16 metr olacaq. Gəmi 200-dən çox şəxsi heyətin, eləcə də altı M1A2 “Abrams” tankının və ya doqquz “Redback” piyada döyüş maşınının daşınması üçün nəzərdə tutulub.
Gəmilərin tikintisinin 2038-ci ildə başa çatdırılması planlaşdırılır.
Bəxtiyar CƏFƏRLİ